RU

Təvəkkül Səlimov: “Gənclərin “demokratiya” adı ilə başıpozuq hərəkətləri yolverilməzdir”

Tarix elmləri doktoru, professor Təvəkkül Səlimovun "Künc-Bucaq" verilişinə müsahibəsində demokratiya barədə açıqlaması müzakirə yaradıb.

 

Pravda.az xəbər verir ki, T.Səlimov gənclərin "demokratiya" adı altında davranışlarından gileylənib.

 

O bildirib ki, gənclərə şərait yaratmaq lazımdır, amma demokratiyanın da bir həddi-hüdudu var: ""Demokratiya" sözünün yaradılış məqamı var. Yoxsa özbaşınalıq, hər şeyə qarşı laqeydlik, "nə istəyirəm, onu edə bilərəm" kimi fikirlərlə yaşamaq, bu cür fikirləri təbliğ etmək olmaz. Bəs qanunlar niyə yaranıb? Hələ qədim dövrdə Hammurapi qanunları var idi. Qanunlar daşlar üzərində yazılırdı. Qanun cəmiyyət üçündür, əməl etmək hər birimizin borcudur. Konstitusiyamızda yazılan maddələri saymırıqsa, əslində bütün qanunları pozuruq. Konstitusiya bizim ana yasamızdır. Qanunlar təkcə Konstitusiyadan ibarət deyil. Müxtəlif məcəllələr də var. Qanundan kənar hərəkət etmək olmaz. Dində də belədir. Dinin qanunu şəriətdirsə, mülki qanun Konstitusiyadır. Əməl etmək lazımdır. Qanunlara əməl edəndə demokratiyaya da əməl edirik. Əks halda, demokratiya başıpozuqluqdur. Gənclərin "demokratiya" adı ilə başıpozuq hərəkətləri yolverilməzdir. Adam balası kimi başa salsan, onlar da adam balası kimi başa düşərlər".

 

Aytəkin Qardaşova

Tarix: 21 Aprel 2026, 13:34   
Избранный
17
pravda.az

1Источники