RU

Qusarda yağışın fəsadlarının aradan qaldırılması ilə bağlı görülmüş işlər müzakirə edildi FOTO

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son günlər Qusar rayonu ərazisində müşahidə olunmuş qeyri-sabit hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilib.Hazırda qalmaqda olan fəsadlar da diqqətdə saxlanılaraq onların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, aprelin 20-də Qusar Rayon İcra Hakimiyyətində rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanovun, RİH Başçısı Aparatının məsul şəxslərinin, rayonun qaz, su, elektrik enerjisi təchizatı və yol infrastrukturu sahələrinə cavabdeh şəxslərin, digər aidiyyəti idarə, müəssisə rəhbərlərinin iştirakı ilə rayon ərazisində 27, 28, 29 mart və 4 və 5 aprel tarixlərində müşahidə olunmuş yağıntılı hava şəraiti ilə bağlı mövcud vəziyyət müzakirə olunub.

 

Müzakirələr çərçivəsində qeyri-sabit hava şəraiti nəticəsində baş vermiş fəsadların aradan qaldırılması istiqamətində davam etdirilən tədbirlər təhlil edilib, zəruri bərpa işlərinin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Həmçinin, gələcəkdə analoji halların mümkün təsirlərinin minimuma endirilməsi məqsədilə qabaqlayıcı tədbirlərin gücləndirilməsi, aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyətin daha səmərəli təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
bizim.media

2Источники