RU

ABŞ-də Netenyahu zarafatı tələbənin 15 il müddətinədək HƏBSİNƏ səbəb oldu

ABŞ-də bir universitet tələbəsi sosial şəbəkədə yazdığı mesaj səbəbindən saxlanılıb.

BAKU.WS xəbər verir ki, hadisə ABŞ-nin Florida ştatında baş verib. Universitet tələbəsi WhatsApp qrupunda Benyamin Netanyahu barədə yazdığı mesajın zarafat olduğunu desə də, hüquq-mühafizə orqanları bunu təhdid kimi qiymətləndirib.

Məlumata görə, Florida Universitetinin tələbəsi Qabriela Saldana qrup yazışmasında məktəbə bomba göndərilməsi ilə bağlı ifadə işlədib. O, daha sonra bunu "uğursuz zarafat" adlandırsa da, digər tələbələr tərəfindən polisə məlumat verilib.

Hadisə ilə bağlı araşdırmaya FBI də cəlb olunub. Rəsmi qurumlar bildiriblər ki, mesaj konkret məkan və hədəfi əhatə etdiyinə görə real təhlükə kimi qiymətləndirilib.

Tələbəyə qarşı "yazılı təhdid" ittihamı irəli sürülüb. Florida qanunvericiliyinə əsasən, onu 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Hadisə ABŞ-də söz azadlığı ilə təhlükəsizlik arasında sərhədlərin yenidən müzakirə olunmasına səbəb olub. Ekspertlər qeyd edir ki, xüsusilə məktəb və ictimai məkanlarla bağlı belə "zarafatlar" ciddi hüquqi nəticələr doğura bilər.

Избранный
5
1
far.az

2Источники