RU

Bayram Yusifov: Ağsaqqallarımızın həyat təcrübəsi gənclərə örnəkdir

ain.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Rayonun Heydər Əliyev Mərkəzində təşkil olunan seçki konfransında Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifovla yanaşı, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, eləcə də rayon ağsaqqalları, ziyalıları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin zəngin və şərəfli həyat yolunu əks etdirən foto-eksponatlarla tanış olublar.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda həlak olan qəhrəman şəhidlərimizin və Göygöl Rayon Ağsaqqallar Şurasının mərhum sədri Dilqəm Dilənovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfrans iştirakçılarını salamlayan Göygöl RİH-nin başçısı Vüqar Novruzov çıxışında Rayon Ağsaqqallar Şurasının cəmiyyət həyatındakı mühüm rolundan danışaraq, ağsaqqalların milli-mənəvi dəyərlərin qorunmasında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında və ictimai həmrəyliyin gücləndirilməsində əvəzsiz xidmətlər göstərdiklərini qeyd edib. Bu istiqamətdə Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən dövlətçilik ənənələrinin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin mühüm rol oynadığını vurğulayıb. Çıxışının sonunda Rayon Ağsaqqallar Şurasının gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov öz nitqində tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin işıqlı yolunu yüksək səviyyədə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə inkişaf və sabitlik hökm sürür. Natiq bu inkişaf prosesində ağsaqqalların da yaxından iştirak etdiyini vurğulayaraq ağsaqqallıq institutunun qədim tarixindən söz açıb. Azərbaycanda tarix boyu böyük nüfuz sahibi olan ağsaqqallarımızdan cəmiyyətimizin daha təsirli və səmərəli fəaliyyət gözlədiyini qeyd edib. Bildirib ki, insanlığa xas olan bütün müsbət keyfiyyətləri özündə cəmləyən nüfuzlu şəxsiyyətlərin - ağsaqqalların həyat təcrübəsindən, bilik və bacarığından dövlətimizin, dövlətçiliyimizin inkişafı, gənclərimizin hərtərəfli və əsaslı şəkildə maarifləndirilməsi üçün maksumum istifadə olunmalıdır. Çünki müasir dövrümüzün bəlası olan narkomaniyanın, boşanmaların, erkən nikahların və cəmiyyətimizdəki digər neqativ halların qarşısını almaq, gənclərimizi qorumaq üçün ağsaqqal sözünə, nəsihətinə böyük ehtiyac vardır. Nitqinin sonunda Bayram Yusifov bütün ağsaqqallara möhkəm cansağlığı arzulayaraq əmin olduğunu bildirib ki, qarşıdan gələn dövr ərzində yerli təşkilat öz fəaliyyətlini daha səmərəli və effektiv şəkildə quracaqdır.

Tədbirdə digər natiqlər də çıxış edərək, Rayon Ağsaqqallar Şurası üzvlərinin, müdrik ağsaqqallarımızın bu ahıl vaxtlarında böyük əzmkarlıqla həyata keçirdikləri işlərdən, onların hərtərəfli səmərəli fəaliyyətlərindən bəhs ediblər. Ölkəmizin hər bir bölgəsində ağsaqqallara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını ifadə ediblər.

Sonra təşkilati məsələlər müzakirə olunub, Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə açıq səsvermə yolu ilə rayonun nüfuzlu ağsaqqalı, tanınmış ziyalısı Ələddin Qurbanov seçilib, yeni İdarə Heyətinin tərkibi formalaşdırılıb. Konfrans qarşıya qoyulan vəzifələrin icrası istiqamətində müzakirələrlə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
icma.az

1Источники