RU

70 ci dəfə həftənin ən yaxşısı sayıldı

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

MBA-da müntəzəm çempionat aprelin 13-də başa çatdı və siz aşağıda yekun turnir cədvəli ilə tanış ola bilərsiz."Football-plus.az" xatırladır ki, Qərb konfransından pley-offa “Oklahoma-Siti”, “San-Antonio”, “Denver”, “Leykers”, “Hyuston” və “Minnesota”, pley-inə isə “Finiks”, “Portlend”, “Klippers” və “Qolden Steyt” vəsiqə qazanıb.Şərq konfransından “ Detroyt”, “Boston”, “Nyu-York”, “Klivlend”, “Toronto” və “Atlanta” pley-offda, “Filadelfiya 76”, “Orlando”, “Şarlott” və “Mayami” pley-ində oynayacaq.Aprelin 14-15-də pley-in oyunları da keçirilib. “Mayami”yə qalib gələn “Şarlott” “Filadelfiya” – “Orlando” oyununun məğlubu ukə pley-offa vəsiqə uğrunda oynayacaq. “Finiks”ə qalib gələn “Portend” pley-offun ilk mərhələsində “San-Antonio” ilə qarşılaşacaq. “Finiks” pley-ində “Qolden Steyt”lə oynayacaq. Çünki bu komanda da “Klippers”ə qalib gəldi. “Orlando”ya qalib gələn “Filadelfiya 76” da pley-offa adladı. “Orlando” isə bu hüquqa yiyələnmək üçün “Şarlott”u məğlub etməlidi.Bu arada Dok Rivers “Miluoki”nin baş məşqçi vəzifəsini tərk edib. Klub ona 2026/27 mövsümü üçün maaşını da ödəyəcək. Hazırda klub rəhbərliyi ilə 64 yaşlı mütəxəssis onun məsləhətçi vəzifəsini tutması variantını müzakirə edir. Komanda Riversin rəhbərliyi altında keçirdiyi son üç mövsümdə 97 qələbə qazanıb, 103 oyunda uduzub və iki dəfə pley-offun ilk mərhələsində mübarizəni dayandırıb. “Miluoki” bu mövsüm pley-offa vəsiqə qazana bilməyib.“Leykers”in forvardı Lebron Ceyms MBA-nın 2025/26 mövsümünün son həftəsinin ən yaxşı oyunçusu sayılıb. “Gölməçəsevərlər” son həftədə keçirdiyi 5 oyunun üçündə qalib gəlib. Forvardın bu oyunlardakı orta göstəricisi 24 xal, 9,7 ötürmə və 6 ribaunddan ibarətdi. 41 yaşlı Lebron karyerasında 70-ci dəfə həftənin ən yaxşısı sayılıb.14 aprelFiniks – Portlend 110:114 (33:31, 29:34, 20:18, 28:31)Şarlott – Mayami 127:126 ОТ (26:24, 26:30, 37:29, 25:31, 13:12)15 aprelKlippers – Qolden Steyt 121:126 (31:22, 30:31, 28:30, 32:43)Filadelfiya 76 – Orlando 109:97 (28:24, 31:31, 20:19, 30:23)Qərb konfransı1 2 3 4 51. Oklahoma-Siti 82 64 18 9760-8846 782. San-Antonio 82 62 20 9826-9145 763. Denver 82 54 28 10010-9588 664. Leykers 82 53 29 9540-9396 655. Hyuston 82 52 30 9449-9021 636. Minnesota 82 49 33 9676-9401 607. Finiks 82 45 37 9232-9112 558. Portlend 82 42 40 9469-9493 519. Klippers 82 42 40 9329-9236 5110. Qolden Steyt 82 37 45 9398-9444 4511. Nyu-Orlean 82 26 56 9473-9842 3212. Dallas 82 26 56 9358-9810 3213. Memfis 82 25 57 9403-9896 3014. Sakramento 82 22 60 9102-9922 2715. Yuta 82 22 60 9642-10333 27Şərq konfransı1. Detroyt 82 60 22 9657-8988 732. Boston 82 56 26 9418-8787 683. Nyu-York 82 53 29 9549-9030 654. Klivlend 82 52 30 9801-9464 635. Toronto 82 46 36 9400-9168 566. Atlanta 82 46 36 9714-9516 567. Filadelfiya 76 82 45 37 9502-9517 558. Orlando 82 45 37 9491-9439 559. Şarlott 82 44 38 9513-9117 5410. Mayami 82 43 39 9911-9720 5211. Miluoki 82 32 50 9072-9581 3912. Çikaqo 82 31 51 9537-9964 3813. Bruklin 82 20 62 8686-950514. İndiana 82 19 63 9219-9874 2315. Vaşinqton 82 17 65 9258-10240Qeyd: 1 – oyun, 2 – qələbə, 3 – məğlubiyyət, 4 – xal fərqi, 5 – qələbə faizi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
icma.az

2Источники