RU

Belçika XİN: Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirik

BAKI, 21 aprel. TELEQRAF

Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirik.

Teleqraf xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Maksim Prevo Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Nazir son günlər azərbaycanlı və ermənistanlı həmkarları ilə telefon danışığı apardığını deyib:

"Mən bu yaxın günlərdə Cənubi Qafqaz - xüsusilə Azərbaycan və Ermənistandan olan həmkarlarımla telefonla danışdım. Ümid edirik ki, iki ölkə arasında sülh sazişi tezliklə imzalana biləcək. Bu ölkələrin Avropa dinamikasına həqiqətən inteqrasiya olunması üçün onlara həm siyasi, həm də zəruri iqtisadi dəstəyin göstərilməsi vacibdir".

Избранный
9
teleqraf.com

1Источники