RU

Minatəmizləyənlərə "Müharibə veteranı" statusunun verilməsi təklif olunur

Azərbaycanda minatəmizləmə əməliyyatlarında iştirak edən şəxslərə "Müharibə veteranı" statsunun verilməsi təklif olunur.
 
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
 
"Minatəmizləmə fəaliyyəti ilə tək agentlik məşğul deyil. Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və s. məşğul olur. Güzəştlər həmin strukturların hamısına yoxsa ANAMA-da fəaliyyət  göstərən insanlara şamil olunur?".
 
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deputatın sualına cavab olaraq bildirib ki, üç cür minatəmizləmə var: "Operativ, humanitar və döyüş şəraitində minatəmizləmə. Bunların hər birinə uyğun olaraq hər kəs özünün peşə fəaliyyətini həyata keçirir. Burada söhbət ümumi minatəmizləmədən gedir. Bu məsələ hər üçünə şamil olunur. Humanitar minatəmizləmə döyüş bitdikdən sonra olduğuna görə, statusun verilməsi şamil olunmur".
 
Избранный
21
1
moderator.az

8Источники