RU

Qərarvermənin koqnitiv emosional mexanizmi təlim

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 21 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) müəllimi, “Yüksəliş” müsabiqəsinin finalçısı, eklektik psixoterapiya üzrə supervayzer-psixoterapevt David Poladov Tələbə Mentorluq Proqramı çərçivəsində “Qərarvermənin koqnitiv-emosional mexanizmi” mövzusunda təlim keçib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, təlim zamanı qərarvermə prosesinin yalnız rasional seçimdən ibarət olmadığı, koqnitiv və emosional mexanizmlərin qarşılıqlı təsiri nəticəsində formalaşdığı iştirakçıların diqqətinə çatdırılıb.

Sessiya çərçivəsində avtomatik düşüncələrin, koqnitiv təhriflərin və emosional reaksiyaların qərarverməyə təsiri izah olunub. Stres və qeyri-müəyyənlik şəraitində qərarvermə davranışı praktiki nümunələr əsasında təhlil edilib. Təlim iştirakçıları real situasiyalar üzərindən qərarvermə prosesini analiz etmək imkanı əldə ediblər.

Sonda iştirakçıların sualları cavablandırılıb.

David Poladov BDU-nun SABAH qruplarının psixologiya ixtisası üzrə (2016-2020-cı illər) məzunudur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
azertag.az

1Источники