RU

Fransa prezidenti Ermənistana səfər edəcək

Fransa prezidenti Emmanuel Makron 4-5 may tarixlərində keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etmək məqsədilə Ermənistana səfər edəcək.

Trend bu barədə Ermənistan mediasına istinadən xəbər verir.

Makronun qarşıdakı Yerevan səfəri Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryanın Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşü zamanı müzakirə olunub.

Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, səfər ərəfəsində ikitərəfli münasibətlərin gündəliyinə daxil olan bir sıra məsələlər ətraflı müzakirə olunub. Hər iki tərəf məsələlərin səmərəli həlli və ikitərəfli münasibətlərin mərhələli şəkildə genişləndirilməsi üçün qurulmuş konstruktiv əməkdaşlığın vacibliyini vurğulayıb.

Qeyd edək ki, Makron Ermənistana buna qədər bir dəfə (2018-ci ilin oktyabrında, Frankofoniya sammitində iştirak etmək üçün) səfər edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
9
1
olaylar.az

2Источники