Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.
Musavat.com bildirir ki, qanuna əsasən, dilənçiliklə məşğul olmağa görə cəzalar müəyyən edilir. Belə ki, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Layihəyə əsasən, yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə - iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq. Qanun layihəsi səsə qoyularaq III oxunuşda qəbul edilib.
E.Paşasoy,
Musavat.com