RU

Həyət qapısının önünə gül əkmək, maşın saxlamaq üçün yer ayırmaq QANUNİDİR? - İZAH

Şəhər və qəsəbələrdə bəzi sakinlərin qapılarının qarşısında gül əkərək və ya avtomobil üçün daş, dirək, baryer qoyaraq kiçik sahəni "özəlləşdirməsi" halları artır. Bu isə qanunla qadağandır.

Day.Az xəbər verir ki, məsələ Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.

Qanunvericiliyə görə, küçə, səki və ümumi istifadə olunan torpaq sahələri dövlət və ya bələdiyyə mülkiyyətidir və vətəndaş tərəfindən icazəsiz zəbt edilə bilməz.

İnzibati Xətalar Məcəlləsinə əsasən:

- Torpaq sahəsinin özbaşına zəbt olunmasına görə fiziki şəxslər 300-500 manat cərimə olunur.

- Ümumi istifadəyə maneə yaradılması (məsələn, yolun qarşısına baryer qoyulması) hallarında isə əlavə olaraq 100 manata qədər cərimə tətbiq edilə bilər.

Qanunsuz qoyulan bütün maneələr müvafiq qurumlar tərəfindən sökülür.

Mütəxəssislər bildirir ki, qapı önündə hətta kiçik gül sahəsi yaratmaq və ya avtomobil üçün yer ayırmaq istəyən şəxslər əvvəlcədən rəsmi icazə almalıdır.

Əks halda bu, inzibati məsuliyyət yaradır.

Nəsimi Ələsgərli

Избранный
48
day.az

1Источники