RU

Tramp İranla sülh müqaviləsinin imzalanmasında şəxsən iştirak edə bilər

“İslamabadda keçirilən danışıqlar zamanı razılıq əldə olunarsa, ABŞ Prezidenti Donald Tramp İranla sülh müqaviləsinin imzalanmasında şəxsən və ya onlayn iştirak edə bilər”.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Reuters” agentliyin danışıqlarda iştirak edən Pakistan mənbəsinə istinadən yazıb.

ABŞ İranla danışıqların Pakistanda keçiriləcəyinə əminliyini ifadə edib və İran tərəfi onun iştirakını "müsbət şəkildə nəzərdən keçirdiyini" bildirib. O, uranı zənginləşdirmək hüququnun tanınması da daxil olmaqla, şərtlərinin yerinə yetiriləcəyini gözlədiyini vurğulayıb.

ABŞ vitse-prezidenti Vensin İslamabadda olması gözlənilir. Möhləti bitməkdə olan atəşkəs fonunda vəziyyət qeyri- müəyyən olaraq qalır. ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı müharibədə iki həftəlik atəşkəsin bir-iki gün ərzində başa çatması planlaşdırılır. 

On gün əvvəl keçirilən danışıqların birinci mərhələsi nəticə verməyib, bundan sonra Tehran yeni mərhələdən imtina edib, bunun səbəbi qismən Vaşinqtonun İran limanlarının dəniz blokadasını ləğv etməkdən imtinası və İran yük gəmisinin ələ keçirilməsidir.

Избранный
34
1
cebheinfo.az

2Источники