RU

Azərbaycanı İtaliyadakı avarçəkmə turnirində 3 idmançı təmsil edəcək

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 21 aprel, AZƏRTAC

İtaliyada akademik avarçəkmə üzrə “Paolo De Aloya” xatirə turniri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, nüfuzlu yarışda Azərbaycan Su İdman Növləri Federasiyası Volodimir Morozovun məşqçiliyi ilə 3 nəfərlik heyətlə mübarizə aparacaq.

Komandanın heyətində Azər İlyasov, Ziya Məmmədzadə və Nurlan Paşayev mükafatçılar sırasına düşməyə çalışacaqlar.

Qeyd edək ki, turnir aprelin 24-dən 26-dək keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
1
azertag.az

2Источники