RU

“Mənə yalvarmaq üçün zəng etdi” - Trampdan Tim Kuka qalmaqallı sözlər

ABŞ Prezidenti Donald Tramp Apple rəhbəri Tim Kukla bağlı qalmaqallı açıqlama verib.

Redaktor.az xəbər verir ki, Tramp "Truth Social" platformasında paylaşım edərək Tim Kukla ilk telefon danışığını xatırlayıb və onun administrasiya dövründə yardım istədiyini bildirib.

ABŞ lideri qeyd edib ki, Kuk mürəkkəb bir məsələnin həlli üçün ona müraciət edib və o, məsələyə müdaxilə edərək problemi tez həll edib. Trampın sözlərinə görə, bu hadisə iki tərəf arasında uzunmüddətli münasibətlərin başlanğıcı olub.

Lakin açıqlamanın ən çox diqqət çəkən hissəsi Trampın istifadə etdiyi ifadə olub. O, Tim Kukun onu “öpmək” üçün zəng etdiyini iddia edərək münasibətlərini qeyri-adi şəkildə təsvir edib.

Tramp həmçinin "Apple"nin hazırkı inkişafını yüksək qiymətləndirib və şirkətin Stiv Cobs dövründən sonra daha da gücləndiyini vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
19
1
redaktor.az

2Источники