Yaz aylarında qarın yağmasının səbəbi nədir? Apreldə Bakıya da qar yağa bilərmi?
Aktual.az xəbər verir ki, ekoloq alim Telman Zeynalov Globalinfo-ya açıqlamasında yaxın günlərdə Bakıya qar yağmayacağını bildirib.
"Yer kürəsi öz oxunu 8 santimetr dəyişdirir. Bu da o deməkdir ki, iqlim qurşaqları tədricən yerlərini dəyişir. Belə olduqda yay ayları sentyabr-oktyabra keçir, qış isə bir qədər uzanır. Yəni təxminən bir aya yaxın temperatur dəyişiklikləri baş verir. Ona görə də iqlim daim belə dəyişkən olur”, - o deyib.
Ekoloq onu da əlavə edib ki, son dövrlərdə şimal tərəfdə buz dağları əriyir:
"Orada istilik artır, amma bəzi ərazilərdə hava soyuyur. İqlimdə baş verən dəyişikliklər havanın soyumasına gətirib çıxarır. Belə bir vəziyyətdə qarın təxminən aprelin sonuna qədər davam etməsi mümkündür:
Amma ola bilsin, yağmasın, çünki iqlim istiqamətini dəyişdirir. May ayında isə havanın sərin keçəcəyi gözlənilir”.