RU

Marneulidə xüsusi əməliyyat: 11 nəfər həbs olunub

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Polis qrup şəklində törədilmiş xuliqanlıq və yalan ifadə vermə ittihamları ilə 11 nəfəri həbs edib

Marneulidə xüsusi əməliyyat keçirilib. Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) qrup şəklində törədilmiş xuliqanlıq və yalan ifadə vermə ittihamları ilə 11 nəfəri həbs edib.

AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, nazirliyin məlumatına görə, bir şəxs qəsdən ağır bədən xəsarəti yetirməkdə qiyabi ittiham olunacaq.

Nazirliyin məlumatına görə, istintaq Marneulidə təqsirləndirilən şəxslər arasında mübahisənin fiziki davaya çevrildiyini aşkar edib. Saxlanılanlar ictimai asayişi kobud şəkildə pozublar və qarşıdurma zamanı onlardan biri 1994-cü il təvəllüdlü B.A.-ya iti uclu silahdan istifadə edərək ağır bədən xəsarəti yetirib.

“Yuxarıda adı çəkilən cinayət işi üzrə aparılan hərtərəfli əməliyyat və istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətdə iştirak edən şəxsləri tez bir zamanda müəyyən edib və onlara qarşı qanuni tədbirlər görməyə başlayıblar. Hadisənin şahidi olan saxlanılanlardan yeddi nəfər istintaqla əməkdaşlıq etməkdən imtina edib və dindirilmə zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına yalan məlumat verib. DİN əməkdaşları cinayətdə iştirak edən 11 nəfəri təqsirləndirilən şəxs kimi saxlayıblar. Digər şəxs isə qəsdən ağır bədən xəsarəti yetirməkdə qiyabi ittiham olunacaq və axtarışa veriləcək”, - deyə məlumatda vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
50
ayna.az

10Источники