ain.az bildirir, Azertag portalına istinadən.
Xəbərin mətni
Bu gün saat 12:10 radələrində Bakı Metropoliteninin “Ulduz–Nərimanov” mənzilində tuneldə yerləşən aralıq kabeldə baş vermiş qısaqapanma nəticəsində təmas xəttinə yüksək gərginliyin verilməsində çətinlik yaranıb. Nəticədə qeyd olunan sahədə qatarların hərəkətində müvəqqəti fasilə müşahidə olunub. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlaması zamanı bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.