RU

Regionda Azərbaycan adlı müsəlman türk dövlətinin olması kifayətdir AÇIQLAMA

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cənubi Qafqazda yeni təhlükəsizlik modeli dondurulmuş münaqişələrdən iqtisadi asılılıq və birbaşa dialoqa keçidi əks etdirir.

Köhnə beynəlxalq mexanizmlər aktuallığını itirir, sülh prosesi isə daha çox ikitərəfli təmaslara əsaslanır.

2024–2026-cı illərdə komissiyaların fəaliyyəti vasitəçisiz dialoqun uğurlu nümunəsidir. Yeni yanaşma iqtisadi və logistika əlaqələri ilə ölkələri bir-birinə bağlayaraq müharibə riskini azaldır. Bu modeldə təhlükəsizlik hərbi deyil, investisiya və əməkdaşlıq üzərindən təmin olunur.

Mövzunu Bakıvaxtı.az-a şərh edən siyasi şərhçi Əhəd Məmmədli deyib ki, hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə, yəni ondan əvvəlki illərdə Cənubi Qafqaz regionu ilə bağlı müxtəlif mexanizmlər tətbiq olunub.

Analitik bildirib ki, bu projelərin hamısı sonradan uğursuzluğa düçar olub: 

“Cənubi Qafqazda bir feyk dövlət var, o da Ermənistandır. Ermənistan Rusiyanın Qafqaza gəldikdən sonra Azərbaycan torpaqları hesabına qurduğu bir dövlətdir. Ermənistan daim öz qonşularına qarşı müharibə aparıb. Cümhuriyyət dövründə ermənilər Borçalını ələ keçirmək üçün Gürcüstanla da savaşıb".

Həmsöhbətimiz qeyd edib ki, Borçalı Azərbaycan türklərinin bölgəsidir:

"Nikol Paşinyan “dəmir yumruğu” hiss edəndən sonra sülhdən, əməkdaşlıqdan danışmağa başlayıb. Əlbəttə, heç kəs zəmanət verə, bizi əmin edə bilməz ki, Ermənistan sülhə sadiq qalacaq, 30-40 ildən sonra yenidən ərazi iddiaları arzusuna düşməyəcək”. 

Əhəd Məmmədli: Hər fürsətdə Cənubi Qafqazda kənar müdaxilələrin olması ehtimalı var

Ekspertin sözlərinə görə, tarixdən hər zaman görmüşük ki, ermənilər baş qaldırıb, biz başlarından vurmuşuq, sakitləşiblər, ancaq bir müddət keçəndən sonra yenidən ayağa qalxıblar: 

“Cənubi Qafqaz üçün təhlükəsizlik modelinin təsbitində əsas götürülən amil Azərbaycanın maksimum səviyyədə güclü dövlət, daha qüdrətli orduya malik olmasıdır. Heç bir qonşumuzun Azərbaycan ərazilərinə iddiası olmamalıdır".

Sonda Əhəd Məmmədli söyləyib ki, o Cənubi Qafqazın çox balaca bölgə olduğu üçün burada üç dövlətin olmasını artıq hesab edir:

"Regionda Azərbaycan adlı müsəlman-türk dövlətinin olması kifayətdir. Bax, o zaman bölgədə həqiqi sabitlik olacaq. Əks halda, hər fürsətdə Cənubi Qafqazda kənar müdaxilələrin olması ehtimalı var”. 

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
bakivaxti.az

1Источники