RU

Moody’s Ratings PAŞA Bank-a “Ba2” reytinqi verib, proqnozu “müsbət” olaraq müəyyən edib

Bakı. Trend:

Beynəlxalq reytinq agentliyi Moody’s Ratings PAŞA Bank-ınfəaliyyətini qiymətləndirərək Bankın uzunmüddətli yerli və xaricivalyutada depozit reytinqini “Ba2” səviyyəsində və reytinq üzrəproqnozu isə “müsbət” olaraq müəyyən edib.

Agentliyin qiymətləndirməsinə əsasən, ölkənin ən böyük üçbankından biri olan PAŞA Bank kredit və depozit bazarında mühümmövqeyə malikdir. Bankın “ba3” səviyyəli kredit dayanıqlığı (BCA)güclü kapital mövqeyi, adekvat gəlirlilik və yüksək likvidlikgöstəriciləri ilə dəstəklənir.

Moody’s eyni zamanda Bankın gələcək perspektivləri ilə bağlımüsbət gözləntilərini qeyd edib. Kapitalın yüksək səviyyədəqorunması, güclü likvidlik göstəriciləri və sabit gəlirliliknövbəti 12–18 ay ərzində Bankın dayanıqlığını təmin edən əsasamillər kimi dəyərləndirilir.

PAŞA Bank-ın İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısıMurad Süleymanov bildirib ki, Moody’s tərəfindən verilənqiymətləndirmə Bankın maliyyə dayanıqlığını və idarəetməkeyfiyyətini bir daha təsdiqləyir:

“Moody’s tərəfindən təsdiqlənmiş reytinqlər və təqdim edilənmüsbət proqnoz maliyyə dayanıqlığımızın və inkişaf strategiyamızınbeynəlxalq səviyyədə tanındığını göstərir. Bu qiymətləndirmə həmmaliyyə göstəricilərimizi, həm də şəffaf, məsuliyyətli idarəetməyanaşmamızı aydın şəkildə əks etdirir.”

Moody’s-in açıqlamasında qeyd olunur ki, Bankın kapitaladekvatlığı ölkə üzrə yüksək səviyyələrdən biridir və qarşdakıdövrdə də güclü qalacağı gözlənilir. Eyni zamanda, aktivkeyfiyyətində yaxşılaşma tendensiyası müşahidə olunur ki, bu daqeyri-neft sektorunun inkişafı fonunda borcalanların ödəməqabiliyyətinin artması ilə dəstəklənir.

Likvidlik baxımından da Bank güclü mövqeyə malikdir – likvidaktivlər ümumi aktivlərin əhəmiyyətli hissəsini təşkil edir vəmaliyyələşmənin əsas hissəsi müştəri depozitləri hesabına təminolunur.

Bununla yanaşı, Standard & Poor's 2026-cı ildə PAŞA Bank-ınkredit reytinqini “BB-/B” səviyyəsində “müsbət” proqnozlatəsdiqləyib. Bank eyni zamanda International Investor Magazinetərəfindən 2026-cı il üzrə “Azərbaycanın ən yaxşı bankı” və“Azərbaycanın ən yaxşı KOS bankı” seçilib.

Son illərdə PAŞA Bank bir sıra nüfuzlu beynəlxalq mükafatlara dalayiq görülüb. 2024–2025-ci illərdə Euromoney, Global Finance vəStevie Awards tərəfindən təltif olunan Bank, o cümlədən “İlinşirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilkAzərbaycan bankı olub.

Избранный
19
4
az.trend.az

5Источники