RU

Yalan məlumat yayan məktəbli SAXLANILDI

Yazını böyüt
Yazını kiçilt

18 aprel tarixində sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb.

Hafta.az xəbər verir ki, hadisə dərhal aidiyyəti qurumların nəzarətinə götürülüb və hüquq-mühafizə orqanlarına məlumat verilib.

Aparılan araşdırmalar nəticəsində yayılan iddiaların əsassız olduğu müəyyən edilib. Məlum olub ki, həmin paylaşımları edən şəxs məktəbin 15 yaşlı şagirdidir və o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Qanunvericiliyə uyğun olaraq, yeniyetmənin valideynləri polis idarəsinə dəvət edilib və onlarla profilaktik iş aparılıb. Şagirdlə bağlı materiallar aidiyyəti üzrə icra hakimiyyəti yanında fəaliyyət göstərən müvafiq komissiyaya göndərilib.

Избранный
54
6
hafta.az

10Источники