RU

Paşinyanın Qarabağ planının detalları: Hədəf müəyyənləşdi, kart işləməyəcək

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyanın səsləndirdiyi son açıqlamalar, xüsusilə “Qarabağ məsələsi bağlanıb” fikri və sülh gündəliyinə dair mesajlar diqqət çəkir.

Paşinyanın bütün platformalarda, o cümlədən, seçki kampaniyası çərçivəsində xalq qarışısındakı çıxışlarında bu məsələləri xüsusi vurğulaması daha çox Ermənistandakı revanşist qüvvələrə mesaj kimi qiymətləndirilir.

Paşinyanın Qarabağ məsələsinin bağlanması və sülh prosesini təbliğat kampaniyasının əsas şüarına çevirməsi ona üstünlük qazandıra bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Paşinyan parlament seçkiləri ərəfəsində özünün təbliğat kampaniyasının elementi kimi sülhdən istifadə edir:

“O, müntəzəm olaraq bu mesajı verir: “Mən qalib gəlsəm, sülh olacaq, uduzsam, müxalifət qazansa, müharibə baş verəcək”. Təbii ki, Qarabağ məsələsinin gündəmə gəlməsi də növbəti savaş deməkdir. O baxımdan, Paşinyan bu məsələdən istifadə edərək konstruktiv kəsimin dəstəyini qazanmağa və müxalifət tərəfdarlarının fikirlərini dəyişməyə çalışır.

Digər tərəfdən, baş nazir anlayır ki, regionda sabitlik istəyən xarici aktorlar onun partiyasının qalib gəlməsində maraqlıdırlar. Bu yolla həm də onlara mesaj verir: “İndi məni dəstəkləsəniz, siz deyəni edəcəyəm”.

Kənan Novruzov

Eyni zamanda Paşinyan görür ki, xalqın xeyli hissəsi sülh tərəfdarıdır və Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Beləliklə baş nazir xalqın iradəsinə qarşı çıxmır.

Nikol Paşinyan həmçinin sülhdən boyun qaçırmağın mümkünsüz olduğunun fərqindədir. O, Azərbaycanın sülhlə bağlı konkret mövqeyini, həmçinin sülhün perspektivlərini başa düşür. Ermənistan hakimiyyəti mümkün sülh nəticəsində əldə edə biləcəyi siyasi və iqtisadi dividendlərdən məhrum olmaq istəmir.

Ona görə də, Paşinyan revanşist ritorikadan çəkinir. Revanşizm müxalifətin hakimiyyətə qarşı əsas kartı ola bilər. Amma işləməyəcək, “masada qalacaq”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
globalinfo.az

1Источники