RU

İranla atəşkəsin uzadılmasını istəmirəm - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, İranla atəşkəsrejiminin uzadılmasını istəmir.

Trend bu barədəxarici mediaya istinadən xəbər verir.

“Mən bunu etmək istəmirəm”, - deyə Tramp "CNBC" telekanalınamüsahibəsində atəşkəsin uzadılması ehtimalı ilə bağlı suala cavabverərkən bildirib.

Bununla belə, o, yaxın vaxtlarda Tehranla münaqişəninnizamlanması üzrə razılaşmanın əldə olunacağına ümid etdiyini ifadəedib.

Eyni zamanda, Ağ Evin rəhbəri əlavə edib ki, ABŞ zərurətyaranacağı təqdirdə İrana qarşı hərbi əməliyyatları bərpa etməyəhazırdır.

Tramp müsahibədə eyni zamanda Hörmüz boğazı ilə bağlı mövcudvəziyyətə də münasibət bildirib.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Hörmüz boğazı İranındeyil, məhz ABŞ-nin nəzarətindədir.

“Tam şəkildə boğaza nəzarət edirik, bunu bilməyinizi istəyirəm”,– deyə o, "CNBC" telekanalının canlı yayımında bildirib.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüzboğazının kommersiya gəmiləri üçün açıldığını bəyan etmişdi. Trampisə bildirib ki, tərəflər arasında yekun razılaşma əldə olunanaqədər Vaşinqton İslam Respublikasına qarşı dəniz blokadasını davametdirəcək.

Məqalədə:
Избранный
42
31
az.trend.az

10Источники