RU

Ermənistanla bağlı sensasion iddia

Carnegie Europe analitiki bildirib ki, İran müharibəsi TRIPP layihəsini ləngidir, Fransa və ABŞ isə Paşinyana dəstək verir.

Musavat.com xəbər verir ki, Carnegie Europe analitiki Tomas de Vaal Azadlıq Radiosuna müsahibəsində İranla müharibənin ABŞ-ın dəstəklədiyi TRIPP (“Tramp yolu”) layihəsinin icrasını ciddi şəkildə ləngitdiyini bildirib.

Onun sözlərinə görə, bunun iki əsas səbəbi var. Birincisi, İran sərhədi yaxınlığında amerikalı mütəxəssislərin yerləşdirilməsi davam edən münaqişə şəraitində təhlükəlidir. İkincisi isə, İranın dərhal yaxınlığında yerləşən marşruta özəl investor cəlb etmək getdikcə çətinləşir.

De Vaal qeyd edib ki, layihənin əvvəlində güclü siyasi impuls var idi. Yanvarda Vaşinqtonda mühüm saziş imzalanmış, daha sonra isə ABŞ vitse-prezidenti Cey Di Vens regiona səfər etmişdi.

Analitikin fikrincə, ilkin maneələrin böyük hissəsi aradan qaldırılıb və Donald Tramp marşrutun tikintisini ikinci prezidentlik müddəti başa çatana qədər – 2028-ci ilədək tamamlammağa çalışır.

Tomas de Vaal ötən həftə Bakı ilə Moskva arasında müşahidə olunan yaxınlaşmaya da diqqət çəkib və bunu təsadüfi saymadığını bildiribə

Onun sözlərinə görə, Rusiya mövcud vəziyyətdən faydalanmağa çalışır. Əgər TRIPP həyata keçsə, Moskva həmin marşrutdan istifadə etmək istəyəcək, problem yaranacağı halda isə özünü İranla əlaqələri olan daha etibarlı tərəfdaş kimi təqdim etməyə çalışacaq.

Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkilərinə toxunan analitik bildirib ki, Qərb prosesdə kifayət qədər fəaldır, sadəcə bunun böyük hissəsi açıq görünmür.

De Vaalın sözlərinə görə, əsas işlər “pərdəarxasında” aparılır və buraya Fransa ilə ABŞ tərəfindən Paşinyanın fiziki təhlükəsizliyinə dəstək də daxildir.

O, Rusiyanın Ermənistana təsir imkanlarını isə zəif qiymətləndirib. Analitikin fikrincə, Moskvanın uğur qazanması üçün güclü müxalifət lazımdır, lakin hazırda belə qüvvə görünmür.

Musavat.com

Избранный
9
musavat.com

1Источники