RU

Tramp: İranla razılaşma əldə edəcəyik, başqa seçimləri yoxdur!

ABŞ Prezidenti Donald Tramp İranla danışıqların müsbət nəticələnəcəyinə inandığını bildirib və çox yaxşı razılaşma əldə olunacağını deyib.

Tramp CNBC-nin “Squawk Box” proqramına telefonla qoşularaq İranla bağlı son vəziyyəti dəyərləndirib. O, gözlənilən ikinci danışıqlar raunduna toxunaraq prosesin uğurlu keçəcəyinə inandığını vurğulayıb.

ABŞ prezidenti qeyd edib ki, Tehranın danışıqlara nümayəndə göndərməkdən başqa alternativi yoxdur və Vaşinqton atəşkəsdən əvvəlki dövrlə müqayisədə daha güclü mövqedədir.

Tramp bildirib: “Yaxşı bir razılaşma əldə etmək istəyirəm. Kifayət qədər vaxtım var. Sadəcə yaxşı deyil, əla razılaşma istəyirəm. Düşünürəm ki, İranla çox yaxşı razılaşma əldə edəcəyik. Onların başqa seçimi yoxdur.”

İranla razılaşma əldə olunmadığı halda nə baş verəcəyi ilə bağlı suala isə Tramp belə cavab verib: “O zaman düşünürəm ki, bombardmanlar davam edəcək. Çünki bunun doğru addım olduğunu hesab edirəm. Biz buna hazırıq.”

Aytən Yaşar/ Turkustan.az

Избранный
64
50
turkustan.az

10Источники