RU

Tramp İranla atəşkəsi uzatmaqdan imtina etdi - hərəkətə keçməyə hazırıq...



Atəşkəsin bitməsinə saatlar qalmış, bölgədəki son vəziyyəti dəyərlənduirən ABŞ prezidenti İranda atəşkəsin uzadılmasını istəmədiyini bir daha vurğulayıb.

İranın atəşkəsi qəbul etməkdən başqa çarəsinin olmadığını iddia edən Tramp, İrana qarşı yenidən hərəkətə keçməyə hazır olduqlarını bildirib.

“Onların başqa seçimləri yoxdur. Onların donanmasını, hava qüvvələrini, liderlərini məhv etdik. Bu, tam olaraq rejim dəyişikliyidir. Yayılan saxta xəbərlərə baxmayaraq, Hörmüz boğazı tamamilə bizim nəzarətimizdədir, bunu bilin. Yenidən hərəkətə keçməyə hazırıq...

Tam hazırıq, atəşkəsdən əvvəlkindən daha güclüyük. Atəşkəsdən silah-sursat ehtiyatı yığmaq üçün istifadə etdik və yəqin ki, onlar da bir az ehtiyat yığıblar.

Əsgərlərimiz həqiqətən inanılmazdır. İranda əldə etdiyimiz nəticələr inanılmazdır. İrana qarşı hərəkətə keçməyə hazıram və ordum da hazırdır. Silahlarımız sursatla doludur və biz son dərəcə hazırıq" – deyə ABŞ prezidenti bildirib.

Tramp Hörmüz boğazına tətbiq etdiyi blokadaya da toxunub və bildirib ki, boğaz ABŞ-ın nəzarətindədir: “Blokada uğurlu olub. İranla çox uğurlu irəliləyiş əldə edirik. İranın danışıqlara nümayəndə göndərməkdən başqa çarəsi yoxdur. İranla bağlı güclü danışıqlar mövqeyindəyik. Sonda çox yaxşı bir razılaşma əldə edəcəyik".

Tahir TAĞIYEV

Избранный
63
50
baki-xeber.com

10Источники