RU

Azərbaycanın bədii üzgüçülük komandasında yeni baş məşqçi təyinatı

Azərbaycanın bədii üzgüçülük millisində məşqçi heyətində dəyişiklik baş verib.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan Su Federasiyası (ASF) Yekaterina Matviyenko ilə əməkdaşlığa start verib. Yeni təyinatla o, bu vəzifədə Oksana Pismennanı əvəz edib.

Son illərdə Krasnodarda bədii üzgüçülük klubuna rəhbərlik etmiş Matviyenko yeni təyinatı ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, uzun illər formalaşmış təcrübəsini Azərbaycanda tətbiq etməyi qarşısına məqsəd qoyub:

“Mən dünyanın ən güclü bədii üzgüçülük ənənələrindən birinə malik olan Rusiya məktəbini təmsil edirəm. Məqsədim qazandığım zəngin təcrübəni Azərbaycanda tətbiq edərək həm Bakıda, həm də regionlarda bədii üzgüçülüyün texniki bazasının möhkəmlənməsinə, peşəkar inkişafına və kütləviləşməsinə töhfə verməkdir”.

Qeyd edək ki, bədii üzgüçülük üzrə idman ustası olan Yekaterina Matviyenko müxtəlif illərdə Ukrayna, Misir və Rusiyada məşqçi kimi fəaliyyət göstərib. O, həmçinin Misirin olimpiya və yeniyetmələrdən ibarət milli komandalarında da çalışıb.

Избранный
2
7
90deqiqe.az

10Источники