RU

Trampın açıqlamaları hər şeyi alt üst etdi - ABŞ və İran tarixi razılaşmanın bir addımlığından döndü…



ABŞ və İran yeddi həftəlik müharibəyə son qoyacaq tarixi bir razılaşmanın bir addımlığından döndü. Pakistanlı vasitəçilər həftə ərzində Tehrana səfir edərkən, ABŞ və İranın müharibəyə son qoymaq üçün razılığa gəlməyə yaxın olduğu düşünülürdü. Lakin Trampın sosial media üzərindən açıqlamaları hər şeyi alt-üst edib.

CNN-in məlumatına görə, Tramp, komandasının xəbərdarlıqlarına baxmayaraq, sosial media və mətbuat vasitəsilə danışıqlar barədə paylaşımlar edib. Bildirilir ki, pakistanlı vasitəçilər cümə səhəri Tehranda İran rəsmiləri ilə sülhün təfərrüatlarını müzakirə edərkən Tramp Ağ Evdən bir sıra açıqlamalar verməyə başlayıb.

Komanda üzvlərinin mətbuat vasitəsilə danışıqlar aparmamaq barədə xəbərdarlıqlarına baxmayaraq, Tramp sosial media hesabında davam edən əlaqələr barədə məlumat paylaşaraq, hələlik yekunlaşdırılmamış şərtlərin İran tərəfindən qəbul edildiyini iddia edib. “Truth Social” vasitəsilə verilən ziddiyyətli açıqlamalardan sonra İran rəsmiləri Trampın iddialarını dərhal təkzib edib və yeni danışıqlar mərhələsinə hazırlaşdıqlarına dair hər hansı bir məlumatı təkzib ediblər. Danışıqlarla tanış olan mənbələr, iranlıların xüsusilə "zəif görünməkdən" və Trampın həll olunmamış məsələlərlə bağlı paylaşımlarından narahat olduqlarını etiraf ediblər.

Danışıqlara həssas hazırlıqlar davam edərkən, Ağ Ev daxilində koordinasiya probleminin olduğu da üzə çıxıb. Tramp vitse-prezident Vensin təhlükəsizlik səbəbləri ilə danışıqlarda iştirak etməyəcəyini bildirib, lakin iki yüksək vəzifəli məmur Vensin nümayəndə heyətinə rəhbərlik edəcəyini açıqlayıb. Bir gün sonra, Trampın Vensin Pakistana gedəcəyi barədə iddialarına baxmayaraq, vitse-prezidentin kortejinin Ağ Evə getdiyi ortaya çıxıb.

Tənqidlərə cavab olaraq Ağ Evin mətbuat katibi Karolin Livit Trampın danışıqlar aparmaq bacarığını müdafiə edib. "Prezident Trampın sayəsində Obama administrasiyası dövründə qorxunc anlaşmanın əksinə, İranla yaxşı bir razılaşmaya heç vaxt bu qədər yaxın olmamışdıq. Trampın uzunmüddətli strategiyasını görə bilməyənlər ya axmaqdır, ya da cahildirlər" - deyə Livit bildirib.

Qeyd edək ki, danışıqların mərkəzində İranın 20 milyard dollarlıq aktivlərinə qoyulmuş dondurmanın aradan qaldırılması müqabilində uran ehtiyatlarının təhvil verilməsi dayanır. Amerikalı danışıqçılar uranın zənginləşdirilməsinin 20 illik dayandırılmasını təklif edirlər, İran tərəfi isə bu müddəti 10 ilə endirməyə çalışır. Tramp Obama dövründəki nüvə sazişinə bənzər heç bir saziş imzalamayacağını vurğulayıb, Tehran isə Hörmüz boğazı üzərində nəzarəti saxlamaqda və sanksiyaların tamamilə ləğvində israr edir.

Bazar günü Oman körfəzində ABŞ esminesinin İran yük gəmisinə atəş açaraq onu ələ keçirməsi, onsuz da kövrək olan vəziyyəti daha da gərginləşdirib. İki həftəlik atəşkəs bitmək üzrəykən, Tramp “Truth Social”da 900 sözdən ibarət paylaşımında "Mənə heç bir təzyiq yoxdur" mesajını verib. “Bloomberg”ə verdiyi açıqlamada isə, atəşkəsin bitmə vaxtını çərşənbə axşamına keçirməklə dolayı yolla danışıqlar üçün əlavə 24 saat vaxt qazandırmış olub. Danışıqların baş tutub-tutmayacağı isə hələ də məlum deyil.

Tahir TAĞIYEV

Избранный
33
baki-xeber.com

1Источники