RU

Kadir Doğuludan diqqət çəkən çağırış: "Müharibə yox, sevgi" - VIDEO

Kadir Doğuludan diqqət çəkən çağırış: "Müharibə yox, sevgi" - VIDEOTürkiyəli aktyor Kadir Doğulu 44 yaşını həyat yoldaşı Neslihan Atagül ilə birlikdə qeyd edib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, cütlük bu münasibətlə evlərinin bağçasında xüsusi məclis təşkil edib.

Doğum günü tədbirində çıxış edən Kadir Doğulu səsləndirdiyi fikirlərlə diqqət çəkib. O, dünyada müharibələrin dayanmasını istəyən insanlara ailədaxili münasibətlərə diqqət yetirməyi tövsiyə edib: "Əgər dünyadakı müharibələrin dayanmasını istəyirsinizsə, əvvəlcə öz ailənizdəki münaqişələri bitirin", - deyə aktyor bildirib.

Doğulu çıxışında həmçinin şəxsi həyatında bəzi gərginliklərə səbəb olduğunu etiraf edərək bundan üzüldüyünü qeyd edib və insanlara "mübahisə yox, sevgi" mesajı verib.

Çıxışdan sonra həyat yoldaşına sarılıb onu öpən aktyor "Baxın, biz başladıq" deyərək sözlərini tamamlayıb.

Qısa müddətdə sosial mediada yayılan bu açıqlamalar istifadəçilər arasında müxtəlif reaksiyalar doğurub və fikir ayrılığına səbəb olub.

Избранный
40
sonxeber.az

1Источники