RU

Türkiyə nümayəndə heyəti Milli Gimnastika Arenası ilə tanış olub

Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib.

90deqiqe.Az-ın məlumatına görə, Şükrü Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Milli Gimnastika Arenasında idmançılar üçün yaradılan şəraitlə tanış olub.

Səfər Türkiyə–Azərbaycan gənclər və idman sahələrində əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilib. Qonaqlar “İdman mütəxəssisi Mübadilə Proqramı”nda iştirak məqsədilə Bakıya gəliblər.

Qeyd edək ki, nümayəndə heyətinin səfəri ikitərəfli idman əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Избранный
46
90deqiqe.az

1Источники