RU

Bitkiçilik subsidiyalarında nöqsanlar və milyonlarla manat artıq ödəniş aşkarlanıb

Bakı. Trend:

Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il üzrə İşplanına uyğun olaraq 01.01.2022–01.04.2025-ci illəri əhatə edəndövr üzrə bitkiçilik sahəsində dövlət dəstəyinin (subsidiya vəgüzəştlər) səmərəliliyi və nəticəliliyi audit olunub.

Trend palatayaistinadən xəbər verir ki, audit Kənd Təsərrüfatı Nazirliyi, AqrarKredit və İnkişaf Agentliyi (AKİA), Aqrar Subsidiya Şurası və digərəlaqəli qurumların fəaliyyətini əhatə edib.

Müsbət məqamlar kimi son illərdə aqrar sahədə idarəetmənintəkmilləşdirilməsi, Elektron Kənd Təsərrüfatı İnformasiyaSisteminin (EKTİS) qurulması və qərarların mərkəzləşdirilməsi qeydolunub.
Bununla yanaşı, audit bir sıra ciddi çatışmazlıqları üzəçıxarıb:
* Fəaliyyət planlarında effektivlik və nəticəliliyi ölçən əsasindikatorlar nəzərə alınmayıb, bu isə planlaşdırmanın formalxarakter daşıdığını göstərir.
* Əkin subsidiyalarının hesablanmasında suvarma, becərməmərhələləri və sertifikatlı toxumdan istifadə kimi vacib meyarlarnəzərə alınmayıb.
* Subsidiya siyasəti ərzaq təhlükəsizliyi və heyvandarlığıninkişafını kifayət qədər təşviq etməyib.
* 223,2 hektar sahədə uyğun olmayan bitkilərin sığortalanmasınəticəsində dövlət vəsaitlərinin artıq ödənildiyi müəyyənedilib.
* Müxtəlif dövlət qurumlarının statistik göstəriciləri arasındaciddi uyğunsuzluqlar aşkarlanıb.
* Məhv olmuş 44,4 min hektar sahəyə görə 10,1 mln. manat, uyğunsuzistehsal göstəricilərinə görə isə 3,7 mln. manat subsidiyaödənildiyi müəyyən olunub.
* Subsidiya ödənişlərinin mərhələli deyil, gecikmiş formadaverilməsi fermerlərin maliyyə əlçatanlığına mənfi təsirgöstərib.
* Torpaq rekvizitlərinin düzgün qeyd olunmaması və nəzarətmexanizmlərinin zəifliyi sui-istifadə risklərini artırıb.
* 157 min hektar sahə üzrə sənədləşmə olmadan 34,55 mln. manatsubsidiya ödənilib.
* Peyk görüntüləri ilə təsdiqlənməyən əkin sahələrinə görə 24,2mln. manat subsidiya verilib.
* 304 mln. manat subsidiya hüquqi şəxslərin hesablarına deyil,fiziki şəxslərin fermer kartlarına köçürülüb.
* Məhsulun faktiki təhvil verilmədiyi hallarda 14,9 mln. manatsubsidiya ödənilib.
* Elektron qaimə-faktura olmadan milyonlarla manatlıq məhsulsubsidiyası verilib.
* Texnika güzəştlərində köhnə texnikalara da eyni şərtlərin tətbiqinəticəsində 1,5 mln. manat səmərəsiz istifadə olunub.
Audit həmçinin göstərib ki, kənd təsərrüfatına yararlı torpaqlarınəhəmiyyətli hissəsi əkin dövriyyəsinə cəlb olunmur vəsubsidiyaların əhatə dairəsi tam effektiv deyil.
Hesablama Palatası audit nəticəsində Kənd Təsərrüfatı Nazirliyinəsubsidiyaların daha səmərəli təşkili, nəzarət mexanizmləriningücləndirilməsi və normativ bazanın təkmilləşdirilməsi ilə bağlıtəkliflər verib.
Nazirlik ilkin cavabında bəzi hallarda vəsaitlərin bərpası üçüntədbirlərin görüləcəyini, zəruri hallarda məhkəməyə müraciətediləcəyini və digər dövlət qurumları ilə birgə təhlillərinaparılacağını bildirib.

Məqalədə:
Избранный
92
21
az.trend.az

10Источники