RU

157 nəzarət obyektində maliyyə pozuntuları aşkarlanıb

Bakı. Trend:

2025-ci il və 2026-cı ilin birinci rübündə ­­­­157 nəzarətobyektində keçirilmiş yoxlamalar zamanı müəyyən olunan nöqsanlararadan qaldırılıb.

Trend xəbər verirki, bu barədə Maliyyə Nazirliyində keçirilən Kollegiya iclasındaməlumat verilib.

Bildirilib ki, maliyyə pozuntuları bərpa olunub, vergidənyayınmış məbləğlərin dövlət büdcəsinə ödənilməsi təmin edilib,həmçinin ilkin maliyyə nəzarəti tədbirləri ilə artıq xərclənmələrinqarşısı alınıb. Eyni zamanda, qanunvericiliyin tələblərini pozmuşvəzifəli şəxslər barəsində inzibati və intizam tədbirləri görülüb,bir sıra hallarda materiallar hüquq-mühafizə orqanlarına təqdimolunub.

Kollegiya iclasında vurğulanıb ki, nəzarət tədbirlərinineffektivliyinin artırılması məqsədilə risk əsaslı yanaşma və müasirtəhlil metodları geniş tətbiq olunur, “Rəqəmsal Dövlət Maliyyəsiİnformasiya Sistemi” və digər elektron platformalar üzərindən əldəolunan məlumatların inteqrasiyası gücləndirilir. Eyni zamanda,qanunvericiliyin təkmilləşdirilməsi, yeni nəzarət qaydalarınınhazırlanması, institusional potensialın artırılması və kadrtəminatının gücləndirilməsi istiqamətində sistemli işlər davametdirilir.

S.Babayev dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi,nəzarət tədbirlərinin səmərəliliyinin artırılması və risk əsaslıyanaşmanın genişləndirilməsi istiqamətində tədbirlərin davametdirilməsinin vacibliyini bildirib. Bu məqsədlə rəqəmsalinformasiya sistemlərindən istifadənin genişləndirilməsi, maliyyəpozuntularının erkən aşkar edilməsi və qarşısının alınması üçünilkin maliyyə nəzarəti mexanizmlərinin gücləndirilməsinin xüsusiəhəmiyyət daşıdığı qeyd olunub.

Nazir aşkar edilmiş maliyyə pozuntularının bərpası üzrətədbirlərin effektivliyinin artırılması və bu istiqamətdə icrayanəzarətin gücləndirilməsi, habelə maliyyə nəzarəti tədbirlərininaparılmasına dair yeni qaydaların və metodiki tövsiyələrinhazırlanması istiqamətində işlərin sürətləndirilməsi ilə bağlımüvafiq tapşırıqlar verib.

Qeyd olunub ki, Mərkəzləşdirilmiş İnformasiya İdarəetməSistemindən əldə olunan məlumatların müvafiq alt sistemdəicmallaşdırılaraq nəzarət tədbirlərinin planlaşdırılmasındaistifadə olunması və elektron pilləli yoxlama sistemininyaradılması nəzarət mexanizmlərinin operativliyinin vəeffektivliyinin artırılmasına, şəffaflığın gücləndirilməsinə mühümtöhfə verəcək.

Məqalədə:
Избранный
66
1
az.trend.az

1Источники