RU

İran ABŞ-nin atəşkəs müddətini uzatmasını vaxt qazanmaq cəhdi kimi qiymətləndirib

Bakı, 22 aprel, AZƏRTAC

İran hakimiyyəti hesab edir ki, ABŞ-nin Tehranla atəşkəs müddətini uzatmaq qərarı vaxt qazanmaq və mümkün yeni hücuma hazırlaşmaq məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, bu barədə İran parlamenti sədrinin müşaviri Mehdi Məhəmmədi bildirib.

M.Məhəmmədi qeyd edib ki, ABŞ sonradan İrana qəfil hücum etməyə cəhd göstərə bilər.

O, həmçinin vurğulayıb ki, davam edən ABŞ dəniz blokadası hərbi təcavüz aktı kimi qiymətləndirilməlidir.

Избранный
97
1
azertag.az

2Источники