İraq hakimiyyəti yaxın gələcəkdə İraq, Suriya və Türkiyə sərhədlərinin kəsişməsində yerləşən Fiş Habur qovşağından boru kəməri ilə neft nəqlinə başlamağa hazır olduqlarını açıqlayıb.
Hakimiyyet.az xəbər verir ki, bu barədə İraq Neft Nazirliyinin xüsusi açıqlamasında bildirilib.
İraq Neft Nazirliyinin nümayəndəsi bildirib ki, Kərkükdən Fiş Habur vasitəsilə Türkiyəyə ilk neft daşınmalarına başlamaq üçün boru kəməri tezliklə istifadəyə veriləcək. O, qeyd edib ki, boru kəmərinin ümumi tutumu gündə 1,6 milyon barelə çatır. Nazirlik nümayəndəsi bildirib ki, Kərkükdən Fiş Habur vasitəsilə Türkiyəyə xam neft nəqli hidrostatik sınaqlar başa çatdıqdan sonra başlayacaq.
Sky News Arabia- nın məlumatına görə, İraq neft ixracı mart ayında təxminən 80% azalıb.
Elvin
Hakimiyyet.az