Evi ola-ola evsiz qaldığını iddia edir...
Publika.az “Xəzər” TV-yə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi, Aşıq Alı küçəsinin sakini Sevda Bayramovanın başına gəlib.
Onun sözlərinə görə, 6 sot torpaq sahəsi alaraq 2013-cü ildə iki övladı üçün ayrı-ayrı ev tikib. Lakin 2023-cü ildə qapıları döyülən ailəyə evin başqa sahiblərinin olduğu bildirilib.
Bir həyətdə iki ayrı-ayrı ev tikdiyini deyən Sevda Bayramova qeyd edib ki, 2023-cü ildə naməlum şəxslər ondan yaşadığı evi tərk etməyi tələb ediblər.
Belə ki, Sevda xanımın kiçik oğlu torpağı girov qoyaraq pul götürüb. İddiasına görə, övladı borcunu ödəsə də, girov qoyulan torpağın sənədi dəyişdirilib.