Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycandan 63,8 milyon ABŞdolları dəyərində 19,4 min ton alüminium və ondan hazırlananməmulatlar ixrac edilib.
Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, alüminium və ondan hazırlanan məmulatların ixracıötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10,8 milyonABŞ dolları və ya 20,4%, həcm baxımından isə 1 363 ton və yaxud7,5% artıb.
Hesabat dövründə alüminium və ondan hazırlanan məmulatlarınümumi ixracda xüsusi çəkisi 1,18%, qeyri-neft sektoru üzrə xüsusiçəkisi isə 7,40% təşkil edib.
Eyni zamanda 2026-cı ilin yanvar-mart aylarında Azərbaycana 34,6milyon ABŞ dolları dəyərində alüminium və ondan hazırlananməmulatlar idxal edilib. Bu, ötən ilin eyni dövründəki göstəriciilə müqayisədə 13,4 milyon ABŞ dolları və ya 27,9% azalmademəkdir.
Hesabat dövründə alüminium və ondan hazırlanan məmulatlarınümumi idxalda xüsusi çəkisi 0,86%-ə bərabər olub.