RU

İran atəşkəsin uzadılmasını ABŞ-nin hücum üçün vaxt qazanmaq cəhdi hesab edir

Vaşinqton tərəfindən elan edilən atəşkəsin uzadılması bir hiylədir və ABŞ tərəfindən İrana qarşı yeni qəfil hücum hazırlamaq üçün istifadə edilə bilər.

 

Bu barədə İran Parlamenti sədrinin müşaviri Mehdi Məhəmmədi "X" sosial şəbəkəsində yazıb.

 

Onun sözlərinə görə, məğlub tərəf kimi ABŞ-nin öz şərtlərini yürütmək hüququ yoxdur.

 

M. Məhəmmədi həmçinin qeyd edib ki, İran limanlarının davamlı blokadası mahiyyət etibarilə bombardmandan fərqlənmir və hərbi cavabla qarşılanmalıdır.

 

O bildirib ki, atəşkəsin uzadılması İrana qəfil hücum üçün vaxt qazanmaq cəhdidir.

 

Trend

Tarix: 22 Aprel 2026, 06:22   
Избранный
62
pravda.az

1Источники