RU

Qusarda yağışlardan 170-dən çox fermer ziyan görüb

Ölkə ərazisində, o cümlədən Qusar rayonu ərazisində müşahidə olunan intensiv və aramsız yağıntılar ciddi fəsadlara səbəb olmuşdur. Güclü yağışlar nəticəsində rayonun sosial-iqtisadi infrastrukturu zərər görmüşdür. Kənd təsərrüfatı isə ən çox ziyan çəkən sahələrdən olmuşdur. 

Yağıntılar geniş əkin sahələrinin və çoxillik bağların su altında qalması, torpaq örtüyünün yuyulması və sahələrin yararsız vəziyyətə düşməsi ilə nəticələnmişdir.  İlkin hesablamalara görə, 170-dən artıq fermerə məxsus təsərrüfat zərər görmüş, 380 hektardan çox əkin sahəsi ciddi ziyana məruz qalmışdır.

Hazırda Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən zərərçəkmiş ərazilərə baxış keçirilir, dəymiş ziyan qiymətləndirilir, fermerlər və təsərrüfat rəhbərləri ilə söhbətlər aparılır. 

Rayonda həmçinin gələcəkdə bu kimi halların təkrarlanacağı zamanı ortaya çıxacaq mümkün fəsadların qarşısının alınması,  zərərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Eyni zamanda oxşar təbii hadisələrə qarşı qabaqlayıcı tədbirlərin görülməsi, infrastrukturun dayanıqlılığının artırılması və aidiyyəti qurumların belə hadisələrə hazırlıq səviyyələrinin yüksəldilməsi istiqamətində işlər davam edir.

A.ƏLİYEV,

"Azərbaycan"

Избранный
54
azerbaijan-news.az

1Источники