RU

Alman avtomobil nəhəngi buna görə milyonlarla SATILDI - VİDEO

Alman avtomobil nəhəngi "Volkswagen" son günlər sosial şəbəkələrdə yayılan görüntü ilə yenidən diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, şirkətin təqdim etdiyi innovativ təhlükəsizlik texnologiyası sürücülər arasında böyük marağa səbəb olub.

Yayılan videoda avtomobilin sükan arxasında olan şəxsin idarəetməni itirdiyi anlar əks olunub. Lakin bu vəziyyətdə nəqliyyat vasitəsi tamamilə nəzarətsiz qalmayıb. Əksinə, avtomobil öz "ağıllı" sistemi vasitəsilə vəziyyəti analiz edərək idarəni öz üzərinə götürüb.

Sistem ilk olaraq sürücünü ayıltmağa çalışıb. Reaksiya olmadığı halda isə avtomobil təhlükəsizlik protokolunu aktivləşdirərək sürəti tədricən azaldıb. Daha sonra dönmə siqnallarını işə salaraq yolu təhlükəsiz şəkildə sağa çəkilib.

Nəhayət, avtomobil qəza işıqlarını yandıraraq tam şəkildə dayanıb və mümkün qəzanın qarşısını alıb. Bu texnologiya sürücünün qəfil səhhət problemi və ya diqqətsizliyi zamanı ciddi fəsadların qarşısını almağa yönəlib.

Sosial şəbəkə istifadəçiləri bu yeniliyi yüksək qiymətləndirərək, gələcəyin avtomobillərində təhlükəsizlik sistemlərinin daha da inkişaf edəcəyini vurğulayıblar. Bir çoxları bu cür texnologiyaların insan həyatını xilas edə biləcəyini qeyd edir.

Hüseyn
Milli.Az

Избранный
33
1
milli.az

2Источники