RU

Rahim Sterlinqin "Feyenoord"dakı taleyinə aydınlıq gəldi - SON DURUM

Dördqat İngiltərə çempionu Rahim Sterlinq cari mövsümün sonunda "Feyenoord"dan ayrılacaq.

Fanat.Az xəbər verir ki, informasiyanı "Goal.com" yayıb. 

Məlumata görə, Niderland klubu ulduz oyunçunu ilə yoluna davam etməyi planlaşdırmır.

31 yaşlı ingilis qışda Rotterdam klubuna qoşulsa da, əsas komandada özünü təsdiqləyə və sabit mövsüm keçirə bilməyib. Sterlinq çempionatda cəmi 333 dəqiqə meydanda olub. 

Beləliklə, "Feyenoord" rəhbərliyi onunla müqaviləni uzatmaq seçimini aktivləşdirməmək qərarına gəlib. Əvvəlcə baş məşqçi Robin van Persi əməkdaşlığı davam etdirməyə "yaşıl işıq" yandırıb, lakin sonradan klub mövqeyini dəyişib.

Əvvəllər "Mançester Siti" və "Çelsi"də oynamış Sterlinqin mayın sonunda azad agent olacağı və karyerasını davam etdirmək üçün yeni variantları nəzərdən keçirə biləcəyi gözlənilir.

Mirağa

Избранный
23
1
fanat.az

2Источники