Bakı metrosunda səhər saatlarından sərnişin sıxlığı müşahidə olunur.
Bakı Metropoliteni QSC-dən "APA-Economics"ə verilən məlumata görə, sıxlığa səbəb qatarların hərəkətinin bu gün şənbə qrafikinə uyğun təşkil edilməsidir.
Hazırda metronun bir sıra stansiyalarında, xüsusilə “20 Yanvar”, “İnşaatçılar”, “28 May” və “Koroğlu”da sərnişin axınının artdığı, platforma və keçidlərdə sıxlığın yarandığı müşahidə edilir.
Qeyd edək ki, dünən 12:00 radələrində metroda texniki nasazlıq yaranıb və bütün stansiyalara girişə məhdudiyyət qoyulub. Saat 15.00-da stansiyalara giriş bərpa edilib.