RU

DİN: Axtarışda olan 100-dən çox şəxs saxlanılıb

DİN:
Ölkə ərazisində son sutka ərzində onlarla cinayətin üstü açılıb. 1news.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 21-də qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 125 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 109 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Избранный
44
49
1news.az

10Источники