RU

Matça doğru: “Sabah” və “Qarabağ”da itkilər 

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda bu gün “Sabah” “Qarabağ”la üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itkilərlə çıxacaq. Ağdam təmsilçisində zədəli Bəhlul Mustafazadə ilə yanaşı, əsas komandadan qovulan Elvin Cəfərquliyevlə Abbas Hüseynov meydana çıxmayacaq.

“Sabah”da isə Pavel Şafranko və Coy Lens Mikels zədəlidir. Almaniyalı hücumçunun son durumu matç saatında bəlli olacaq. 

“Sabah” – “Qarabağ” oyunu bu gün saat 20:00-da start götürəcək.

Избранный
69
idmanxeber.az

1Источники