
İranda İsrail kəşfiyyat xidməti "Mossad" üçün casusluqda ittiham olunan bir nəfərin edam hökmünün icra edildiyi bildirilib.
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, İran məhkəmə sistemi ilə əlaqəli olan Mizan Xəbər Agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, "Mossad" üçün casusluq edən və İran Ali Məhkəməsi tərəfindən ölüm hökmü qüvvədə saxlanılan məhbus Fərid Mehdinin edam hökmü icra edilib.
Mehdi İranın Passiv Müdafiə Komitəsində yüksək vəzifəli məmur kimi çalışarkən sosial media vasitəsilə Mossadla əlaqə qurmaqda və qurumundakı bütün məxfi məlumatları İsrailə ötürməkdə ittiham olunurdu.
İlahə Qənbərli
Missiya.Az