RU

"Kapital Bank" ötən ili 274 milyon 560 min manat xalis mənfəətlə başa vurub

Bakı. Trend:

"Kapital Bank" 2025-ci ili 274 milyon 560 min manat xalismənfəətlə başa vurub.

Trend xəbərverir ki, bunu "Kapital Bank"ın İdarə Heyəti sədrinin birincimüavini Cavid Mirzəyev bu gün təmsil etdiyi bankın 2025-ci ilinyekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilənmətbuat konfransında deyib.

“2025-ci il üçün konsolidə edilmiş rəqəmlərə əsasən deyə bilərəmki, bankımız ötən ili olduqca uğurlu bir göstərici ilə – 274 milyon560 min manat xalis mənfəətlə başa vurub. Bu rəqəm 2024-cü illəmüqayisədə 15% artım deməkdir. Təbii ki, istər aktivlərin, istərsədə öhdəliklərin uğurlu idarə edilməsi bilavasitə bankın maliyyənəticələrində öz əksini tapır. Bankımızın mənfəət və zərərgöstəricilərinə nəzər salsaq görərik ki, 2025-ci il ərzində toplamfaiz gəlirlərimiz 1 milyard 173 milyon 779 min manat təşkil edib.Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 31% çoxdur. Buartımın təməlində həm korporativ, kiçik və orta biznes, həm dəfiziki şəxs olan müştərilərimizin sayının əhəmiyyətli dərəcədəçoxalması dayanır", - o vurğulayıb.

Məqalədə:
Избранный
90
8
az.trend.az

9Источники