RU

Rusiyada dron zərbəsindən çökən binanın dağıntıları altından 2 nəfərin meyiti aşkarlanıb - YENİLƏNİB

Sızran şəhərində yaşayış evinə dron zərbəsi nəticəsində biri uşaq olmaqla, iki nəfər ölüb.

Rusiya mediasının məlumatına görə, zərbə endirilən binanın dağıntıları altından onların meyiti aşkar edilib.

***

08:12

Rusiyanın Samara vilayətinin Sızran şəhəri Ukrayna ordusu tərəfindən dronların hücumuna məruz qalıb, şəhərdə bir yaşayış binasının girişi çöküb.

APA xəbər verir ki, dağıntılar altından biri uşaq olmaqla, dörd nəfərin xilas edildiyi, bina sakinlərinin təxliyə olunduğu bildirilir.

Fövqəlada Hallar Nazirliyi daha iki nəfərin dağıntılar altında qaldığını, onlardan birinin uşaq olduğunu açıqlayıb.

Əraziyə təcili yardım briqadaları cəlb olunub, axtarış-xilasetmə işləri aparılır.

Şəhərdə həyəcan siqnalı və partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemləri aktiv fəaliyyət göstərib.
Hücum səbəbilə Kurumoç hava limanında məhdudiyyətlər tətbiq edilib, uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Избранный
87
37
apa.az

10Источники