RU

Mifoloji təsəvvürlərə əsaslanan iddialar keçmişdə qalmalıdır - Kamran İmanov

Bakı. Trend:

10 illər boyu mifoloji təsəvvürlərin təsiri altında olanErmənistana hazırda qalib dövlət tərəfindən təklif edilən sülhVaşinqtonda paraflanıb və bununla bağlı Azərbaycan dövləti əməliaddımlar atır.

Trend xəbərverir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədriKamran İmanov bu gün Bakıda "Ümumdünya Kitab və Müəllif HüququGünü" münasibətilə keçirilən "Qədim mətnlər və klassik mənbələrerməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və yaQədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürkqəbilələri və onların Qafqazla əlaqələri" mövzusunda konfransdaçıxışı zamanı bildirib.

Onun sözlərinə görə, tədbirin keçirilməsində məqsəd əqlimülkiyyətə, xüsusən kitablara və onları qoruyan müəlliflik hüququnadiqqəti cəlb etmək, yaradıcılığa dəstək vermək, əqli mülkiyyətmədəniyyətini artırmaq və eyni zamanda erməniçiliksaxtakarlıqlarını, uydurmalarını və yalanlarını ifşa etməkdir.

“Biz ümid edirik ki, bununla hay-erməni mifologiyasınıformalaşdıran “böyük torpaqlar və qonşulara qarşı ərazi iddiaları”ideyası keçmişə çevriləcək, qonşuların mədəni irsininmənimsənilməsinə “təbiilik” və “legitimlik” qazandıran yanaşmalararadan qalxacaq, erməni siyasətçilərinin, dövlət və kilsəxadimlərinin, alimlərinin, eləcə də ictimai düşüncəni formalaşdıranideoloji baxışları dəyişəcək. Bununla da ermənilərin “müstəsnalıq”və “əzabkeşlik” kimi tezislərdən irəli gələn ambisiyaları realolmayan ideyalarla əvəz olunacaq. Təəssüf ki, bu qədim yanaşmalarınizləri bu gün də özünü göstərir”, – o əlavə edib.

Избранный
66
1
az.trend.az

2Источники