Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Xankəndi şəhər Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin olunub.BUTA.TVTeleqraf-a istinadla xəbər verir ki, bu vəzifəyə mayor Rəşad Abbasov təyin edilib. Bunadək o, Ağdam rayon Yanğından Mühafizə Hissəsinin rəis müavini vəzifəsində çalışıb.