RU

Rafael Markes millinin baş məşqçisi olacaq - RƏSMİ

Rafael Markes DÇ-2026-dan sonra Meksika millisinin "sükanı arxası"na keçəcək.

Fanat.Az xəbər verir ki, məlumatı Meksika Futbol Federasiyası yayıb.

O, hazırda millinin baş məşqçisi Xavyer Aqirrenin köməkçisidir. 

"Barselona"nın sabiq müdafiəçisi peşəkar karyerasını bitirdikdən sonra Kataloniya klubunun əvəzedici komandasına rəhbərlik edib.

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq. Meksika millisi CAR, Koreya və Çexiya yığmaları ilə eyni qrupda mübarizə aparacaq.

Избранный
37
1
fanat.az

2Источники