RU

Əli Əsədov Astanada regional ekoloji sammitdə iştirak etdi

Aprelin 22-də Astanada Qazaxıstan Prezidentinin təşəbbüsü ilə 2026-cı il regional ekoloji sammiti işinə başlayıb.

Publika.az xəbər verir ki, Azərbaycan Baş naziri Əli Əsədov sammitdə iştirak edib.

Əvvəlcə, Azərbaycan pavilyonu da daxil olmaqla, 2026-cı il Regional Ekoloji Sammitin sərgi pavilyonları ilə birgə tanışlıq olub.

Sammitin plenar iclasında çıxış edən Ə.Əsədov vurğulayıb ki, Azərbaycan ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyinə qarşı tədbirlərə böyük əhəmiyyət verir, onları milli və beynəlxalq davamlı inkişaf gündəliyinin ayrılmaz hissəsi kimi qiymətləndirir.

Baş nazir qeyd edib: "Bu kontekstdə Bakıda BMT-nin iqlim Konfransı - COP29-un keçirilməsi ölkəmizin qlobal iqlim gündəliyində duran əsas məsələlər üzrə beynəlxalq səylərin konsolidasiyasına çox vacib töhfəsi oldu".

Избранный
42
publika.az

1Источники