RU

ABŞ ilə danışıqlar alınmadı, İran qonşu ölkələri müharibə ilə hədələdi

BAKI, 22 aprel. TELEQRAF

“ABŞ və İran nümayəndə heyətlərinin İslamabadda ikinci görüşünün təxirə salınması bölgədə qeyri-müəyyənliyin davamına işarədir”.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, İranın ABŞ ilə əvvəlcədən razılaşdırılan danışıqlardan imtina etməsi tərəfləri gərginliklə müşahidə olunan gözləmə mövqeyinə keçirib:

“İki dövlət arasında razılaşma əldə olunacağı ehtimalı yüksək olsaydı, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens birinci görüşdə olduğu kimi yenə İslamabada gedəcəkdi. Ancaq İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Tehranın tələbləri nəzərə alınmadan yenidən İslamabada getməyə həvəsli deyildi. Bunun səbəbi ABŞ-nin Hörmüz boğazının mühasirəsinə son qoymamasıdır. Tehranın tələbi budur ki, ABŞ mühasirəni dayandırdıqdan sonra İran Hörmüz boğazını gəmilərin istifadəsinə açacaq. Vaşinqton addım atmadığına görə, Tehran İslamabad görüşündən imtina edib. ABŞ Prezidenti Donald Tramp isə hesab edir ki, Hörmüz boğazı ətrafında mühasirəni saxlamaqla bərabər İslamabadda danışıqlar aparmaq mümkündür. Tehran buna razı deyil.

Pakistan rəsmiləri danışıqların baş tutmamasında Vaşinqtonun məsuliyyət daşığıdı qənaətindədir. İslamabadda hesab edirlər ki, danışıqların alınmaması ABŞ-nin Hörmüzdə blokadanı davam etdirilməsiylə bağlıdır. Bu məsələ ilə bağlı Donald Trampın mövqeyində hələlik dəyişiklik yoxdur. Ağ Ev sahibi sadəcə atəşkəsi uzatdığını bildirib”.

Elxan Şahinoğlu qeyd edib ki, Pakistan rəsmiləri İranın İslamabadda keçiriləcək danışıqlarda iştirakını gözlədiklərini açıqlayıblar:

“Pakistanın informasiya naziri deyib ki, ölkə vasitəçi kimi çıxış edərək İran tərəfi ilə daim əlaqədədir və diplomatik həll yoluna sadiq qalır. Nazirin sözlərinə görə, İranın qısa müddətdə qərar verməsi olduqca vacibdir. O əlavə edib ki, Tehranı danışıqların ikinci mərhələsinə qatılmağa razı salmaq üçün intensiv diplomatik səylər davam etdirilir.

Beləliklə, Pakistan hökuməti səylərini artırıb. Məqsəd İslamabad görüşündən müsbət nəticənin əldə olunmasıdır. Çünki görüş və müzakirələr olmasa, bu, bölgədə gərginliyi və yeni müharibə riskini artıracaq.

Körfəz ölkələri təşviş içindədir. Çünki müharibə yenidən başlasa, İranın raket və dronları növbəti dəfə onları hədəf alacaq. Bunu SEPAH-ın Hərbi Hava Qüvvələrinin komandanı general Məcid Musəvinin açıqlaması da sübut edir. O, İranın cənub qonşularını bu sözlərlə hədələyib: “Əgər onların coğrafiyası və istehsal imkanları düşmənlər tərəfindən İran xalqına qarşı təcavüz üçün istifadə olunsa, onlar Yaxın Şərqdə neft hasilatı ilə vidalaşmalıdır”.

Избранный
60
5
teleqraf.com

8Источники